• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xidmətlərimiz

Xidmətlərimiz

Məsləhət

İnsan resurslarının idarə edilməsi işinin təkmilləşdirilməsi

İnsan resurslarının idarə edilməsi işinin təkmilləşdirilməsi

Məsləhət xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI  doldurun

və baki@kobim.az ünvanına göndərin.

Görülən işlər:

1.    Sifarişçidə insan resurslarının idarə edilməsi sistemlərinin təhlili, təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi
2.    İşçi məmnunluğunun qiymətləndirilməsi üz üzrə məsləhət xidmətləri.
3.    İnsan resurslarının idarə edilməsi strukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri.
4.    Sifarişçidə iş yüklərinin hesablanması üzrə məsləhət xidmətləri.
5.    Vəzifə təlimatlarının hazırlanması üzrə məsləhət xidmətləri.
6.    İşəqəbul sisteminin təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri.
7.    Sifarişçidə vəzifələrin kateqoriyalara bölünməsi üzrə məsləhət xidmətləri.
8.    Müştəri xidməti strukturlarının reytinq və reytinq əsaslı əməyin ödənişi sisteminin yaradılması üzrə məsləhət xidmətləri.
9.    Sifarişçidə KPI və SMART sistemlərinin tətbiqi üzrə məsləhət xidmətləri..
10.    Nəticəyə əsaslanan, fərdi və kollektiv əməyi stimullaşdıran iqtisadi və qeyri-iqtisadi motivasiyanı özündə əks etdirən kompensasiya sisteminin yaradılması üzrə məsləhət xidmətləri.
11.    Talat menecment, ehtiyat kadr və karyera inkişafı sisteminin təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri.
12.    Sifarişçinin korporativ dəyərlərinin və onun əsasında korporativ davranış məcəlləsinin təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri.
13.    Daxili təlim mərkəzinin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
14.    Təlimə olan ehtiyacların müəyyən olunması və fərdi inkişaf planlarının hazırlanması üzrə məsləhət xidmətləri.
15.    Daxili təlim işinin qurulması üzrə məsləhət xidmətləri..
16.    Hazırlanmış sistemlər üzrə komandanın məlumatlandırılması və tətbiqinə əməli köməklik göstərilməsi.
Əldə edilən nəticələr:

•    Sifarişçidə daimi inkişaf edən, nəticəyə əsaslanan kompensasiya sistemi olan insan resursları sistemləri yaradılmışdır. 
•    Sifarişçinin İnsan resurslarının idarə edilməsinin bütün komponentləri (təşkil, isə qəbul, inkişaf, qiymətləndirmə, motivasiya, ehtiyat kadr, karyera inkişafı, işdən azadetmə, biznes etika və etiket, korporativ davranış, sosial öhdəlik və s) üzrə risklərin minimallaşdırılması üzrə siyasəti vardır.
•    Sifarişçinin rəhbərləri işçilərin iş yüklərinin müəyyən olunması, onun ölçülməsi, vəzifə təlimatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə lazımı bilik və təcrübələr əldə etmişlər.
•    Sifarişçidə hər bir vəzifə kateqoriyalara bölünmüş, hər bir kateqoriya üzrə rəqabət qabiliyyətli baza əmək haqqı sistemi yaradılmışdır.
•    Struktur bölmələrinin və işçilərin KPİ-ları və fəaliyyətinin qiymətləndirilməsi sistemi yaradılmışdır.
•    Sifarişçinin müştəri xidməti strukturlarının reytinqi və reytinq əsaslı ədalətli və stimullaşdırıcı əmək haqqı sistemi yaradılmışdır.
•    Sifarişçidə ayrı-ayrı məhsulların satışının həcmi və keyfiyyətindən asılı olaraq, aylıq bonus sistemi (hər bir məhsul, üzrə ön və arxa ofis işçiləri, habelə satış rəhbərləri üçün) yaradılmışdır.
•    Sifarişçidə birbaşa nəticəyə əsaslanan, fərdi və komanda əməyini stimullaşdıran iqtisadi və qeyri-iqtisadi motivasiya formalarını özündə cəmləşdirən, işçi heyətinə çəkilən xərclərin səmərəliliyinin artmasını təşviq edən, təkmil həvəsləndirmə sistemi vardır.
•    Sifarişçidə təkmil isə qəbul sistemi vardır.
•    Sifarişçidə adekvat biznes etika və etiket, habelə korporativ davranış məcəlləsi mövcuddur.
•    İşçilər «işçi kitabçası» ilə təmin olunmuşlar.
•    Təşkilatın daxili təlim mərkəzi, bu mərkəzin fəaliyyətini tənzimləyən normativ baza və daxili təlimçiləri vardır.
•    Sifarişçinin bütün işçi heyəti insan resurslarının idarə edilməsi təkmilləşmiş sistemləri ilə məlumatlanmışlar və təlimləndirilmişlər.
•    Sifarişçinin Menecmenti və aidiyyəti işçiləri İnsan resurslarının idarə edilməsi işini sahəsində lazımi bilik və vərdişlər əldə etmişlər.
Məsləhətçilər:

-    Cavanşir Abdullayev 
-    Leyla Məhərrəmova