Xidmətlərimiz
Xidmətlərimiz
Məsləhət
Maliyyənin idarə edilməsi və hesabatlıq
Maliyyənin idarə edilməsi və hesabatlıq
Məsləhət xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI doldurun
və baki@kobim.az ünvanına göndərin.
Görülən işlər:
1. Sifarişçinin mövcud maliyyə idarəetmə sistemləri və proseslərinin təhlili.
2. Sifarişçinin maliyyə idarəetməsi üzrə siyasətinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
3. Sifarişçinin maliyyə idarəetməsi üzrə qaydalarının hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
4. Sifarişçinin maliyyə komandasının qiymətləndirilməsi və təlim planın hazırlanması.
5. Sifarişçinin hesabatlıq sisteminin və menecment hesabatlarının təhlili.
6. Sifarişçinin hesabatlıq sisteminin və menecment hesabatlarının təkmilləşdirilməsi üzrə məsləhətlərin verilməsi.
7. Sifarişçinin maliyyə hesabatlarının maliyyə hesabatlarının beynəlxalq standartlarına keçirilməsi.
8. Sifarişçinin balans dəyərinin müəyyən olunmasına dəstək.
9. Daxili qiymətlər sisteminin təkmilləşdirilməsinə dəstək.
10. Maya dəyərinin hesablanması sisteminin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi) və maya dəyərinin hesablanmasına dəstək.
11. Sifarişçinin maliyyə təhlilinin aparılması və səmərəliliyin artırılması üçün tövsiyələrin verilməsi
12. Sifarişçinin maliyyə nəzarəti sisteminin effektliyinin qiymətləndirilməsi və tövsiyələrin verilməsi.
13. Büdcə sisteminin yaradılması və büdcənin hazırlanmasına dəstək (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
14. Vergi, sosial sığorta və statistik hesabatların hazırlanmasına dəstək.
15. Maliyyə idarəetməsinin və hesabatlığın təkmilləşdirilməsi üzrə digər məsləhətlər.
Əldə edilən nəticələr:
• Sifarişçidə beynəlxalq standartlara uyğun maliyyə menecmenti siyasəti vardır.
• Sifarişçinin məhsul və xidmətlərinin maya dəyərinin hesablanması qaydaları vardır və maya dəyərinin hesablanması üzrə müvafiq əməkdaşlar zəruri bilik və vərdişlər əldə etmişlər.
• Sifarişçidə bütün fəaliyyəti əks etdirən büdcə sistemi və maliyyə nəzarəti qaydaları vardır və müvafiq əməkdaşlar bu sahədə zəruri bilik və vərdişlər əldə etmişlər.
• Sifarişçidə bütün fəaliyyəti uçotda əks etdirilməsini özündə ehtiva edən qaydalar vardır və müvafiq əməkdaşlar bu sahədə zəruri bilik və vərdişlər əldə etmişlər.
• Sifarişçinin Menecmenti və aidiyyəti işçiləri maliyyə idarəetməsi işini daha səmərəli qurmaq üzrə lazımi bilik və vərdişlər əldə etmişlər.
• Sifarişçinin Menecmenti və aidiyyəti işçiləri Menecment İnformasiya Sistemi (MİS) üzrə lazımi bilik və vərdişlər əldə etmişlər.
Məsləhətçilər:
- Rauf Zeynalov
- Elxan Məmmədov
- Xalid Kərimli