• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Aprel ayı ərzində Bakı KOBİM-də onlayn təlimlər təşkil olunub

Aprel ayının ilk 15 günlüyündə mikro, kiçik və orta sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün onlayn təlimlər təşkil olunmuşdur. Təlimlərə 40-a yaxın iştirakçı qoşulub:

1.Rəqəmsal marketinqin əsasları - 16 mart-08 aprel  tarixində Bakı KOBİM tərəfindən “Rəqəmsal marketinqin əsasları” mövzusunda növbəti təlim keçirilib. Təlimdə 20-ə yaxın KOB subyekti nümayəndəsi iştirak edib.

Onlayn formatda təşkil olunmuş təlimdə iştirakçılara bazar araşdırması üçün əsas alətlər, veb saytın yaradılması, e-poçt, sosial şəbəkələr, sosial media marketinq haqqında ətraflı məlumat verilmişdir. Təlim çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elnur İslamov tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

2.Sosial sığorta ayırmaları: Hesablanması və hesabatlılığı - 13 aprel tarixində 10-a yaxın təlim iştirakçısı ilə Bakı KOBİM tərəfindən “Sosial sığorta ayırmaları: Hesablanması və hesabatlılığı” mövzusunda növbəti təlim keçirilib.

Onlayn formatda təşkil olunmuş təlimdə iştirakçılara sosial sığorta ayırmaları hesabatının göndərilməsi dövrü və qaydası barədə ətraflı məlumat verilib, internet vergi idarəsi sistemindən istifadə edərək sosial sığorta ayırmaları hesabatının göndərilməsi forması əyani şəkildə göstərilib. Təlim çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gündüz Məmmədov tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

3.Təchizat zəncirinin idarə olunması - 10 mart- 16 aprel tarixlərində Bakı KOBİM tərəfindən “Təchizat zəncirinin idarə olunması” mövzusunda növbəti təlim keçirilib. Təlimdə 15-ə yaxın Kob subyekti nümayəndəsi iştirak edib.

Onlayn formatda təşkil olunmuş təlimdə iştirakçılarla təchizat tədarükçülərinin dəyərləndirilməsi, bu dəyərləndirmələrin şirkət üçün vacibliyi, dəyərləndirmə metodologiyası haqqında ətraflı müzakirələr aparılmış, onlarla praktiki tapşırıqlar yerinə yetirilmişdir. Eyni zamanda təlim çərçivəsində iştirakçılara təkliflərin toplanması strategiyaları, tender, kotirovka sorğusu, vahid mənbədən satış və s barədə məlumatlar verilmişdir.  Elçin Musayev təqdimatında keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

 

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.