• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOB İnkişaf Mərkəzində satış texnikalarına dair təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün “Satış texnikaları" mövzusunda interaktiv təlim keçirilib.
2 gün davam edən təlimə qatılan KOB nümayəndələri satış nədir? satış və xidmət mədəniyyəti, satışın mərhələləri, satış prossesi zamanı ünsiyyət bacarıqları, verbal və qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, manipulyasiya, müştəri növləri, ehtiyacların müəyyən edilməsi yolları, satışda təqdimat bacarıqları haqqında məlumatlar əldə edib, bilik və səriştələrini praktiki tapşırıqlar, birgə müzakirələr, oyunlar vasitəsi ilə daha da inkişaf etdiriblər. 
Qeyd edək ki, Bakı şəhərində karantin rejiminin davam etməsi ilə bağlı Bakı KOBİM tərəfindən təşkil olunan təlimlər və məsləhət xidmətləri mövcud karantin rejimi qaydalarına tam riayyət olunmaqla keçirilir. Eyni zamanda Bakı KOBİM öz xidmətlərini üzbəüz olmaqla yanaşı, həm də onlayn formada təqdim edir. 
KOBİA-nın digər KOB inkişaf mərkəzlərində (Xaçmaz KOBİM, Sumqayıq KOBİM və Yevlax KOBİM) olduğu kimi, Bakı KOBİM-də də innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və şəbəkələşmə xidmətlərinin təşkili üzrə xidmətlər təqdim olunur. Bakı KOB İnkişaf Mərkəzi mikro, kiçik və orta sahibkarları və biznes-ə başlamaq istəyənləri ödənişsiz xidmətlərdən yararlanmağa dəvət edir.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.