• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOBİM bir qrup mikro və kiçik sahibkara vergi hesabatların verilməsində dəstək oldu

Biznes fəaliyyəti zamanı sahibkarlar müvafiq quruma aylıq, rüblük və illik vergi hesabatları təqdim edirlər. Bəzən sahibkarlar vergi hesabatlarının müvafiq qaydalara uyğun olaraq hazırlanması və təqdim olunması prosesində çətinliklərlə üzləşirlər.

Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) bu prosesdə də KOB subyektlərinə dəstək olur. XX tarixində bir qrup sahibkar üçün rüblük və illik vergi hesabatlarının hazırlanması və təqdim olunması ilə bağlı təlim və məsləhət xidməti təşkil olunub. Beş gün davam etmiş təlimdə gəlir, sadələşmiş və mənfəət vergisi ödəyiciləri bu sahədə hesabatların təqdim edilməsinə dair ətraflı məlumat əldə edib, prosesi sərbəst olaraq, üçüncü şəxslərdən aslı olmadan icra etmək qaydaları ilə tanış olublar.

Qeyd edək ki, Bakı KOBİM tərəfindən hər ay mütəmadi olaraq vergi mövzusunda sahibkarları maraqlandıran suallar və qarşılaşdıqları çətinliklərin həllinə yönəlmiş təlimlər və maarifləndirici tədbirlər təşkil edilir. Bakı KOBİM-in saytını və sosial şəbəkələrdəki hesablarını izləməklə mərkəzin yenilikləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.