• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOBİM sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün təlim təşkil edib

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişafı Mərkəzində (Bakı KOBİM) sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün “Öz biznesinə başla” mövzusunda onlayn təlim təşkil edilib. 
Beş gün davam edən təlimdə sahibkar olmaq istəyənlər ilə biznes ideyaları müzakirə edilib, bazarın öyrənilməsi və seqmentasiyasının biznes ideyanın reallaşmasındakı əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Elektron marketinq, təbii sabun istehsalı, dərzi və şirniyyat sexlərinin, təlim və hüquq–konsultasiya şirkətlərinin yaradılması, restoran fəaliyyəti ilə məşğul olmaq istəyən təlim iştirakçıları müvafiq istiqamətlər üzrə zəruri bilik və bacarıqlara yiyələnib, bir-birləri ilə təcrübə mübadiləsi ediblər.
Təlim müddətində fərqli biznes ideyaları olan iştirakçılar ümumi bir ideya üzərində praktiki məşğələlər edib, bazar araşdırması apara biləcəkləri sahə və alətlər, biznesin inkişafında marketinq, aylıq satış, istehsal və tədarük, gəlir və xərc planlarının əhəmiyyəti barədə məlumat əldə edib və bu planların yazılmasına çalışıblar.
Təlim iştirakçılarına həmçinin, biznesə başlamaq üçün zəruri ilkin kapital və onun mənbələri barədə məlumat verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.