• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOBİM startapları bir araya topladı

Sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti olub, özünü biznesmen kimi görən, lakin işə nədən və necə başlamağı bilməyən, yenicə qurduğu hazır biznesdə uğur qazanmağın yollarını axtaran, kreativ idea sahibi olub, ideyanı reallaşdırmaq üçün atacağı addımları dəqiq bilməyən sahibkarlar onlayn platformada bir araya toplaşdı.

15 nəfər iştirakçının interaktiv müzakirəsi ilə təşkil edilmiş beş günlük təlimdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilk addımlar barədə məlumat verildi.   

Müxtəlif fəaliyyət sahələri üzrə fərqli biznes ideya sahibi olan gənclər öz bizneslərini nece yaratmalı, biznes planları necə yazmalı, sahibkar kimi fəaliyyətlərini necə qiymətləndirməli, gözlənilən nəticəyə çatmaq üçün nələri etməli və bu kimi digər aktual suallar üzərində interaktiv müzakirələr aparıldı.  

Təlimdə aktiv iştirak etmiş və sertifikat alımış bir sıra iştirakçılar daha sonra biznes ideyalarını reallaşdırmaq üçün Bakı KOBİM-in məsləhətçiləri ilə birgə biznes plan üzərində işləməyə başlayıblar. Siz də biznesinizi qurmaq, biznes plan yazmaq və sahibkar olmaq istəyirsinizsə növbəti təlimlərdə iştirak edə bilərsiniz.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.