• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOBİM tərəfindən ön ofis işçiləri üçün təlimlər davam edir

Sahibkarların uğur qazanması və biznes fəaliyyətlərini genişləndirilməsində xüsusi paya malik olan satış və marketinq mövzusu Bakı KOB İnkişaf Mərkəzinin (KOBİM) daim diqqətindədir. Mərkəz tərəfindən satış və marketinq əməkdaşları üçün mütəmadi olaraq təlimlər təşkil edilir, biznesin gəlir mənbəyi olan satış və marketinq əməkdaşları üçün yeni texnika və texnologiyalar tədris olunur, zəruri olduğu halda məsləhət xidmətləri göstərilir.

9-16 aprel tarixlərində Bakı KOBİM-in təlimçi-eksperti Anar Həsənovun təqdimatında onlayn formatda növbəti “Satış texnologoyaları və müştəri xidmətləri” mövzusunda təlim təşkil edilib.  4 gün davam edən təlimdə 15-ə yaxın KİM iştirak edib.

Təlim zamanı biznesin əsas təməl istiqamətlərindən olan satışın mərhələləri, texnika və texnologiyaları, müştəri xidməti işinin təşkili zamanı diqqət yetirilməli məqamlar, peşakar müştəri xidmətləri və uğurlu satış arasındakı əlaqə, müştəri məmnunluğunun təmin edilməsi, müştəri narazılıqları və onları aradan qaldırmaq yolları haqqında məlumat verilib, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı praktiki tapşırıqlar icra edilib.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.