• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Dövlətin KOB-lara maliyyə dəstəyi - Aqrar Kredit İnkişaf Agentliyi

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün dövlət tərəfindən tətbiq edilən güzəştlərlə bağlı maarifləndirici təlimlər təşkil olunur.

28 və 30 aprel tarixlərində 10-a yaxın iştirakçı ilə Bakı KOBİM tərəfindən “Dövlətin KOB-lara maliyyə dəstəyi - Aqrar Kredit İnkişaf Agentliyi” mövzusunda növbəti təlim keçirilib.

Onlayn formatda təşkil olunmuş təlimdə iştirakçılara Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən sahibkarlara göstərilən maliyyə xidmətləri, kənd təsərrüfatı təyinatlı texnikaların güzəştli verilməsinin şərtləri, texnika və damazlıq heyvanlar üçün verilən güzəştli kreditlər, mikro və nağd kreditlərin verilməsi və s. barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Eldəniz İbrahimov tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.