• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“Fəaliyyətin qiymətləndirilməsi və motivasiya" mövzusunda təlim keçirilib

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir.

Növbəti belə təlim “Fəaliyyətin qiymətləndirilməsi və motivasiya" mövzusunda təşkil olunub. 7 - 11 iyun tarixində təlimçi-ekspert Elşən Bədirxanovun təqdimatında keçirilmiş təlimdə 10-a yaxın KOB subyekti iştirak edib.

Təlim iştirakçıları İnsan resursları brendi və müsahibə prosesinin ona təsiri, seçim növləri, CV-nin dəyərləndirilməsi, müsahibənin keçirilmə formatı və növləri, müsahibəyə hazırlıq və s. haqqında ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, təlim zamanı motivasiya anlayışı, onun növləri, prinsipləri və nəzəriyyələri, motivasiyaya təlabatın müəyyən olunması, motivasiya prosesində səhv və çətinliklər və s. mövzular barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.