• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“İnsan resurslarının planlaşdırılması və işəqəbul" mövzusunda təlim keçirilib

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektlərinin insan resurslarının idarəedilməsi sahəsində maarifləndirilməsi üçün təlimlər təşkil edilir.

31 may – 4 iyun tarixində təşkil olunmuş “İnsan resurslarının planlaşdırılması və işəqəbul" mövzusunda növbəti təlimdə 15-ə yaxın KOB subyekti iştirak edib.

Elşən Bədirxanov təqdimatında keçirilmiş təlimdə iştirakçılar insan resurslarının planlaşdırılması, onun prinsipləri və meyarları, eləcə də iş yükünün hesablanması, vəzifə təlimatı və vəzifəyə olan tələblərin müəyyən olunması barədə ətraflı məlumatlandırılıb. Eyni zamanda, təlim zamanı iştirakçılarla işəqəbula hazırlıq, işəqəbul prosesi, oriyentasiya və adaptasiya haqqında müzakirələr aparılıb.

Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.