• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

İşçi hədəflərinin müəyyən olunması

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün insan kapitalının idarə olunması sahəsində maarifləndirici təlimlər təşkil olunur.

6-7 may tarixlərində  15-ə yaxın iştirakçı ilə Bakı KOBİM tərəfindən “İşçi hədəflərinin müəyyən olunması” mövzusunda növbəti təlim keçirilib.

Onlayn formatda təşkil olunmuş təlimdə iştirakçılara strateji hədəfin və təşkilatın məqsədlərinin müəyyən edilməsi, işçiyə hədəflərin ötürülməsi haqqında ətraflı məlumat verilib, hədəflərin müəyyən olunmasında SMART sistemindən istifadə əyani şəkildə göstərilib. Təlim çərçivəsində iştirakçılar tərəfindən müxtəlif praktiki tapşırıqlar icra edilib və mövzuya dair müzakirələr aparılıb.

Elşən Bədirxanov tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.