• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

KOBİA və NAYORA arasında birgə əməkdaşlıq imkanları müzakirə edilib

Gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi, biznesin qurulması və inkişafı üçün KOB subyektlərinə, o cümlədən gənclərə müxtəlif dəstək və xidmətlərin göstərilməsi istiqamətində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında əməkdaşlıq imkanları müzakirə edilib. 

KOBİA, NAYORA və Agentliyin strukturuna daxil olan KOB inkişafı mərkəzlərinin (KOBİM-lər) nümayəndələrinin iştirakı ilə fevralın 5-də təşkil olunmuş onlayn görüşdə gənclər arasında sahibkarlığın təşviqinin və gənclərin biznesə cəlb edilməsinin Agentliyin prioritet fəaliyyət istiqamətlərindən olduğu, bu sahədə KOBİA tərəfindən görülən işlər və dəstək mexanizmləri barədə məlumat verilib. Qeyd edilib ki, Agentliyin strukturuna daxil olan KOBİM-lər tərəfindən gənclər arasında sahibkarlığın təşviqi, biznesin qurulması və mövcud bizneslərini genişləndirmələri üçün dəstək və xidmətlər göstərilir. Bu mərkəzlərdə təşkil edilən təlim və seminarlar, biznes planın hazırlanmasına göstərilən dəstək, məsləhət, şəbəkələşmə və digər xidmətlər gənclərin biznes sahəsində savadlığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalıdır. Gənclər sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün KOB inkişafı mərkəzlərinə müraciət edə bilərlər.  

Onlayn tədbirdə gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi, gənclərin sahibkarlığa marağının artırılması, biznes fəaliyyətinə başlaması, yaradıcı təşəbbüs və layihələrinin reallaşdırılmasına dəstək göstərilməsi və digər məsələlərdə fikirlərinin öyrənilməsi üçün mütəmadi olaraq gənclər təşkilatları ilə birgə belə tədbirlərin təşkil olunması barədə razılıq əldə edilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.