• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

"Layihələrin İdarə Edilməsi" və "Liderlik" mövzularında təlimlər keçirilmişdir

KOBİA-nın struktur bölmə vahidləri olan KOBİM-lər tərəfindən mütəmadi olaraq kiçik və orta sahibkarlıq subyektləri üçün onlayn və oflayn formatda təlimlər, maarifləndirmə tədbirləri və məsləhət xidmətləri təqdim edilir. Bakı KOB İnkişaf Mərkəzi KOB-lar üçün aylıq standart təlimlər ilə yanaşı, koorperativ təlimlər də təşkil etməyi davam edir. İyun ayı ərzində “Hədəf Global” MMC və “Araznet” MMC bu fürsətdən yararlanıb, öz əməkdaşlarını təlimə cəlb etmiş KOB-lar siyahısındadır.

Bakı KOBİM-in təlimçi-eksperti Fəxri Ağayev təqdimatında 7-9 iyun tarixində “Hədəf Global” MMC-nin filial müdir müavinləri üçün “Liderlik” mövzusunda təlim keçirilib. Təlimdə sözügedən şirkətin 10-a yaxın əməkdaşı iştirak edib. Təlimdə iştirakçılara yerli və beynəlxalq təcrübədə liderlik anlayışı, sahibkarlara liderlik ruhunun aşılanması, komandanın idarə edilməsində menecer və liderin funksiyaları, onlar arasında olan oxşarlıq və fərqliliklər üzrə ətraflı məlumat verilib, fikir və təcrübə mübadiləsi edilib. Bununla yanaşı, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.