• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Mart ayı ərzində Bakı KOBİM tərəfindən keçirilmiş canlı və onlayn təlimlər

Mart ayı ərzində Bakı KOB İnkişaf Mərkəzində 11 mövzuda təlim təşkil edilmişdir. Təlimlərdə 62-si qadın olmaqla 128 nəfər mikro, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri və biznesə başlamaq istəyən gənclər uğurla yekunlaşdırmışdır:

1. Layihələrin maliyyələşdirilməsi üzrə sənədləşmə mövzusunda təlim onlayn formatda martın 9-da fərqli KOB subyektləri və startupları təmsil edən 21 nəfər təlim iştirakçısı üçün Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Mobil Şərifov tərəfindən aparılmışdır. Təlimdə iştirakçılar KOBİA tərəfindən elan edilmiş qrant müsabiqəsində iştirak ilə əlaqəli sənədləşmə, qrant müsabiqəsinə təqdim edilən sənədlərin formaları və qrant müsabiqələr zamanı əsas diqqət yetirilən nüanslar, düzgün layihə modellərinin hazırlanması zərurəti və bunun rəqabətlilik baxımından əhəmiyyəti, layihə büdcəsinin hesablanma metodları və bunun sənədləşmədə əks olunması üzrə məlumatlar əldə etmiş, təlimçi-ekspertlə fikir mübadiləsi aparmışlar. Tədbir zamanı iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilmiş və layihələrin hazırlanması üzrə ümumi tövsiyyələr verilmişdir.

2. Vergi Hesabatları  mövzusunda onlayn formatda 3-5 mart tarixlərində KOBİA və UAFFA arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Məktəbim” layihəsi nümayyəndəsi olan 12 nəfər qadın sahibkara Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Gündüz Məmmədov tərəfindən təlim keçirilmişdir. Təlimdə iştirakçılara vergi ödəyiciləri arasındakı fərqlər, vergi hesabatlarının növləri, hesabatların verilmə müddətləri və üsulları, vergi hesabatlarının gecikməsi zamanı yarana biləcək risklər haqqında məlumatlar verilib və praktiki tapşırıqlar üzərindən vergi sistemində işləmə qaydaları göstərilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.  

3. Korporativ idarəetmə mövzusunda təlim onlayn formatda 11-18 mart tarixlərində fərqli KOB subyektlərini təmsil edən 14 nəfər təlim iştirakçısı üçün Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Cavanşir Abdullayev tərəfindən aparılmışdır. Təlimdə iştirakçılar korporativ idarəetmə, korporativ dəyərlər və mədəniyyət anlayışları, korporativ mədəniyyətlərin toqquşması və sinerjisi, korporativ idarəetmənin işçi axınına, işçi cəlbinə və işçilərin potensialının yüksəlməsinə təsirləri haqqında məlumatlar əldə edib, təcrübə mübadiləsi aparıblar.

4. MDSS Hesabatları  mövzusunda onlayn formatda martın 11-də fərqli KOB subyekti və startapların iştirakı ilə Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Gündüz Məmmədov tərəfindən təlim keçirilmişidr. Təlimdə iştirakçılara MDSS hesabatları nədir, hansı vergi ödəyiciləri tərəfindən və hansı aralıqda təqdim edilə bilər, MDSS hesabatlarının gecikməsi zamanı tətbiq edilə biləcək cərimə və sanksiyalar, hesabatın verilmə üsulları haqqında məlumatlar verilib və praktiki tapşırıqlar üzərindən vergi sistemində işləmə qaydaları göstərilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

5. Maya dəyəri, qiymətqoyma və satış hesabatları mövzusunda onlayn təlim 15-19 mart tarixlərində keçirilib. KOB subyektlərinin və startapların 13 nümayəndəsinə Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Xalid Kərimli tərəfindən maya dəyəri, qiymətqoyma və satış hesabatları üzrə ilkin biliklər verilmiş, təcrübə mübadiləsi praktiki tapşırıqlar ilə möhkəmləndirmişdir.

6. Rəqəmsal marketinqin əsasları - mövzusunda onlayn formatda 16 mart - 8 aprel tarixlərində təşkil olunmuş təlimdə Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Elnur İslamov və  Səfa Bağırov tərəfindən mövzu üzrə məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmıdşır. Təlim zamanı 10-dan çox KOB subyekti və startap marketinqin əsasları, müasir marketinq, rəqəmsallaşma və bunun marketinqə tətbiqi haqqında biliklər əldə edib və praktiki tapşırıqlar üzərindən məşğələlər keçiblər.

7.  Sığorta və onun növləri - mövzusunda onlayn təlimdə KOB subyektlərinə və startaplara Bakı KOB İnkişaf Mərkəzi və Mərkəzi Bank arasında birgə əməkdaşlıq çərçivəsində təlimçi-ekspert Afət Həsənova tərəfindən təlim keçirilmişdir. 13 iştirakçının qatıldığı təlimdə sığorta bazarı və onun əhəmiyyəti, sığorta anlayışı və onun növləri, tətbiq alətləri və tənzimlənmə mexanizmləri haqqında məlumat verilmiş, mövzu üzrə onları maraqlandıran suallar cavablandırılmışdır.

8. Nəğd pul axını və kredit mövzusunda 30 mart - 1 aprel tarixlərində təşkil olunmuş təlimdə Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Etibar İsrafilov tərəfindən 6 KOB subyektinə pul axını hesabatları, pul axınını hesablama metodları, mənfəət və zərər hesabatları və pul axını hesabatları arasında fərqləri müəyyən etmək haqqında məlumat verilib, praktiki məşğələlər keçirilib.

9. Biznes etika və korporativ davranış  mövzusunda 15 mart və 2 aprel tarixlərində təşkil olunmuş üzbə-üz təlimdə 9 KOB subyekti Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Anar Həsənov tərəfindən biznes etika anlayışı, etika qaydalarının biznesə tətbiqi yolları və korporativ davranış kodeksləri haqqında məlumatlandırılıb, təcrübə mübadiləsi həyata keçirilib. Təlim prossesi zamanı həmçinin, praktiki məşğələlər icra edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10. Qeyri-maliyyə menecerləri üçün maliyyə təlimi mövzusunda canlı formatda martın 31-də təşkil olunmuş təlimdə Bakı KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti Xalid Kərimli tərəfindən maliyyə menecmenti anlayışı üzrə ilkin məlumatlar verilmiş, fikir mübadiləsi aparılmışdır. Pandemiya ilə bağlı zəruri qaydalara uyğun olaraq təlimdə 5 KOB subyekti iştirak etmişdir.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.