• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Məhsulunuzu necə təqdim edəcəyinizi bilirsinizmi?

Hər bir sahibkar öz biznesini mövcud və potensial müştərilər, eyni zamanda investorlar və rəqiblər qarşısında uğurla təqdim etməyi bacarmalıdır. Uğurlu təqdimat, uğurlu biznesin açarı hesab edilir, müştəriyə məhsulu satmaqla yanaşı, sahibkarlıq subyektinin imicini də formalaşdırır.

Təqdimatın isə özünəməxsus incəlikləri vardır. Bakı KOBİM tərəfindən təqdimata hazırlıq mərhələləri, auditoriya ilə ünsiyyət yaratmağın yolları, təqdimat prossesində bədən dilini idarə etmək, yaxşı və pis təqdimatın səbəbləri 11 yanvar-25 yanvar tarixlərində təşkil edilmiş, Təqdimat vərdişləri mövzusunda təlimdə müzakirə edilib. 6 günlük təlimdə  19 nəfər sahibkar və sahibkarlıq subyektlərinin əməkdaşları təcrübə mübadiləsi etməklə yanaşı, müxtəlif təqdimatlarla auditoriya qarşısında canlı şəkildə çıxış ediblər.

Bakı KOBİM tərəfindən təqdimat bacarığının inkişaf etdirilməsinə yönlənmiş təlimlər mütəmadi olaraq təşkil ediləcəkdir. Mikro, kiçik və orta sahibkarları və KOB subyektlərinin əməkdaşlarını belə təlimlərdə iştrak etməyə və təcrübə mübadiləsinə dəvət edirik.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.