• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb. 

Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi layihə çərçivəsində KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi tərəfindən iştirakçılara biznesin təşkili, vergi hesabatlılığı, zamanın idarə edilməsi, ünsiyyət bacarıqları kimi mövzular tədris edilib. 

Təlimləri uğurla yekunlaşdırmış iştirakçılar məsləhət xidmətlərindən də faydalanaraq biznes plan tərtib edib və növbəti mərhələyə keçib. Bu mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək. Layihənin davamında sahibkarlıq fəaliyyətinə başlayacaq qadın sahibkarlara mütəmadi olaraq təlim və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. 

Yaxın günlərdə “Məktəbim” layihəsinin növbəti qrupları üçün də yeni təlim və məsləhət xidmətləri təşkil ediləcəkdir. 

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

"Layihələrin İdarə Edilməsi" və "Liderlik" mövzularında ...

KOBİA-nın struktur bölmə vahidləri olan KOBİM-lər tərəfindən mütəmadi olaraq kiçik və ...

.