• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi iştirakçılarının üçüncü qrupunun təlimləri başa çatıb.

Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi layihə çərçivəsində KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi tərəfindən  iştirakçılar üçün təlim və məsləhət xidmətləri təşkil olunub. Təlimlərdə iştirak etmiş 13 nəfərə Bakı KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən layihənin biznes planının yazılması, biznesin təşkili kimi mövzular tədris edilib.

Eləcə də, iştirakçılar məsləhət xidmətlərindən də istifadə edərək öz layihələri üçün biznes plan hazırlayıblar. Növbəti mərhələdə əvvəlki qrup təlimlərində olduğu kimi iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

Bununla yanaşı, “Məktəbim” layihəsinin növbəti qrupları üçün də yeni təlim və məsləhət xidmətləri təşkil ediləcək, sözügedən layihəni uğurla bitirmiş qadın sahibkarlara mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstəriləcək və onların fəaliyyəti ilə bağlı monitorinqlər aparılacaqdır.

Xəbərlər

Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”nun birgə ...

.

Xəbərlər

Video təlim platformasından istifadə edən sahibkarların ...

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin ...

.