• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Növbəti təlim: İnvestisiyaların təşviqi üzrə qanunvericilik

Sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün investisiyanın rolu danılmazdır. Quracağınız və ya mövcud biznesinizə investor cəlb etmək, investisiya qoyuluşunu qanunvericilik ilə tənzimləmək, investisiyanı təşviq etmək yollarını müzakirə etmək üçün Bakı KOBİM növbəti onlayn təlim təşkil edib.

Müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş təlimdə investisiya anlayışı, investisiya fəaliyyəti və investisiyaların qorunmasını tənzimləyən qanunvericilik aktları və digər aktual suallar üzərində interaktiv müzakirələr aparıldı. Sahibkarları maraqlandıran suallar peşəkar ekspert tərəfindən cavablandırıldı və onlara bu sahədə qarşılaşdıqları çətinliklərlə bağlı tövsiyyələr verildi.

Bu və ya digər mövzular üzrə ödənişsiz təlimlərimizdə iştirak etmək, sahibkarlıq fəaliyyətinizi daha da inkişaf etdirmək istəyirsinizsə saytımız və sosial şəbəkələrimizdə yenilikləri izləyin.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.