• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Ölkədə ilk dəfə keçiriləcək “İxrac Akademiyası” Sertifikat proqramında təlimlərdə iştirakla bağlı müraciətlərin qəbulu başlayır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsinə hazır olmaları istiqamətində ixracla məşğul olan və gələcəkdə bu sahədə fəaliyyətdə maraqlı olan kadrların “İxrac Akademiyası” intensiv təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.

Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır. Azərbaycan dilində keçiriləcək 9 həftəlik ödənişli onlayn təlimdə əhatə ediləcək mövzular:

Strategiya Modulu:

– Ölkənin qüvvədə olan «Milli İxrac Strategiyası»;
– Nümunəvi yerli şirkətin ixrac strategiyası;
– Qlobal dəyər zənciri.

Əməliyyatlar Modulu:

– İxrac komandasının yaradılması;
– İxracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar;
– İxrac qiymətinin formalaşması və satış rəflərində qiymətin idarə olunması, istehsal həcmlərinin proqnozlaşdırılması;
– Satış kommunikasiyası və danışıqların aparılması;
– Paylanma kanalları və Shopper marketinq (+həftəsonu praktiki ziyarət).

İxrac Prosedurları Modulu:

– İxrac zamanı yerli qanunvericiliyin tələbləri;
– Beynəlxalq ticarət əlaqələrində idxal ölkəsinin tələbləri;
– İxrac prosedurunun başa çatdırılması-qablaşdırma, anbarlama, daşınma və yükün müşayiət sənədləri.

İştirakçıya dair minimum tələblər:

♦ 23-37 yaş arası olması;
♦ Satış sahəsində ən azı 1 (bir) il iş təcrübəsi (nəzəri test və müsahibə mərhələsində yoxlanılacaqdır);
♦ Rus və ingilis dil biliyi (orta);
♦ Yüksək motivasiyalılıq;
♦ Nəticəyönümlülük.

Tələb olunan sənədlər:

► Şəxsiyyət vəsiqəsinin surəti və foto (3x4);
► Təhsil məlumatlarına dair təsdiqedici sənədlər;
► Xarici dil biliyini sübut edən sənədlər; (əgər varsa,)
► Namizədliyi tövsiyə edən şirkət/şəxs tərəfindən möhür və ya imza ilə təsdiq olunmuş formada tövsiyə məktubu (yalnız mövcud iş yeri olanlar üçün).

= Müraciət qaydası =

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər:

https://forms.gle/zQAp1qXegpvJj9fy9

Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri test və müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müraciət üçün son tarix və saat: 1 mart 2021-сi il saat 18:00 (Bakı vaxtı ilə).

Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir.

Qiymət: 200 (iki yüz) AZN.

Proqram sonunda əldə edəcəksiniz:

– intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnmək;
– beynəlxalq satış üzrə tam peşəkar vərdişlər qazanmaq;
– cəlbedici portfolio üçün vacib bilik və bacarıqlara malik olmaq;
– imtahanlardan müvəfəqiyyətlə keçən və yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş məzunların ölkənin ən böyük ixracatçı şirkətlərində 3 aylıq ödənişsiz iş təcrübəsi keçməsi.

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.

Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

Əlaqələndirici şəxs: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), İxracın təşviqi departamentinin layihə meneceri Samirə Məmmədova (e-mail: samira.mammadova@azpromo.az).

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.