• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

"Peşəkar Dəstək" təlimləri

Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubu və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Bakı Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin (Bakı KOBİM) birgə əməkdaşlığı nəticəsində klub üzvləri və bankın mövcud, potensial müştərilərindən ibarət sahibkarlar üçün "PEŞƏKAR DƏSTƏK" silsilə biznes təlimlərinə start verildi.

Beynəlxalq Bank tərəfindən Sahibkarlar arasında keçirilmiş sorğu nəticəsində daha çox rəğbət görmüş “Marketinqin ilkin anlayışları” mövzusu üzrə 26 dekabr tarixində 3 saatlıq təlim sessiyası təşkil edildi. 15 nəfər sahibkarın, Sahibkarlar Klubu və Bakı KOBİM-in nümayəndələrinin iştirakı ilə təşkil edilmiş təlimdə aktiv sual-cavab, interaktiv müzakirələr əsasında marketinq mövzusu üzrə sahibkarları maraqlandıran məsələlərə toxunuldu.

Bakı KOBİM-in peşəkar təlimçi komandası tərəfindən Sahibarkalar Klubu üzvü olan sahibkarlar üçün “Peşəkar Dəstək” silsilə təlimləri mütəmadi olaraq təşkil ediləcək və sahibkarları ən çox maraqlandıran, onlar üçün aktual olan mövzular üzrə müzakirələr təşkil olunacaq. Yeniliklər üçün www.baki.kobim.azwww.sahibkarlarklubu.az saytlarını izləyə bilərsiniz.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.