• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“Polymart” MMC-nin əməkdaşları üçün “Strateji biznes planlaşma” mövzusunda təlim keçirilib.

Təlimdə təşkilatın rəhbər vəzifəli nümayəndələri və Bakı KOBİM-in peşəkar təlimçi-ekspertinin iştirakı ilə strateji planlaşmanın şirkət həyatındakı rolu müzakirə edildi. Birgə interaktiv müzakirələr zamanı şirkətin vizion və missiyası müəyyən edildi, SWOT təhlil aparılaraq strateji hədəflərin nə dərəcədə real və əlçatan olması müzakirə edildi. Biznes planlaşma zamanı komanda ruhunun formalaşması, korporativ dəyərlər, gələcək və mövcud layihələr, onları uğura apara biləcək yollar nəzərdən keçirildi.

Təlim zamanı həmçinin, sahibkarlıq subyektinin yaxın gələcək üçün maliyyə proqnozları və təşkilat üçün krizis dönəmlərində çıxış yollarına da toxunuldu. Təşkilata eyni zamanda strategiyasını müəyyən etmək üçün məsləhət xidmətləri də göstərildi.

Siz də təşkilatınızın strategiyasına yenidən baxış keçirmək, müasir, krizis və yeniliklərə davamlı, sürətlə dəyişən dönəmə adaptasiya edə biləcək strategiya hazırlamaq istəyirsinizsə baki@kobim.az email ünvanına müraciət edə bilərsiniz.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.