• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Sahibkarlar üçün ixrac təşviqi mövzusunda təlim təşkil edilib

Məhsulun istehsalı ilə yanaşı, onun ixracı da kifayyət qədər əhəmiyyət daşıyır. Hər bir sahibkar yerli məhsulları ixrac etməkdə, onun xarici bazarlarda tanıdılmasında maraqlıdır.

Yerli məhsulların xarici bazarlara ixracı dövlət tərəfindən də dəstəklənir və ixracın təşviqi üçün daim yeni konsepsiyalar hazırlanır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişafı Mərkəzi (KOBİM) KOB subeyktlərinin məhsullarının ixracına dəstək olmaq məqsədilə 19-21 yanvar tarixlərində “İxracın təşviqi” mövzusunda təlim təşkil edib. 15 KOB subyektinin iştirak etdiyi interaktiv təlimdə ixrac təşviqini tənzimləyən normativ aktlar, ixrac təşviqinin ödənilməsi üçün tələb olunan sənədlər və bu kimi məsələlər üzrə məlumat verilib, müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bakı KOBİM, eləcə də digər KOB inkişafı mərkəzləri tərəfindən ixracla bağlı mütəmadi olaraq KOB-lar üçün təlimlər keçirilir, məsləhət xidmətləri göstərilir.  

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.