• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Sahibkarlıq fəaliyyətində müqavilə hüququna dair təlim keçirilib

Sahibkarlıq fəaliyyəti zamanı müqavilələr önəmlidir, onların hüquqi olaraq əsaslandırılması, müqavilə bağlanan zaman yarana biləcək risklərin optimallaşdırılması zəruridir.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) mikro, kiçik və orta sahibkarlıq subyektlərində çalışan hüquqşunaslar, baş mühasiblər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün “Sahibkarlıq fəaliyyətində müqavilə hüququ” mövzusunda təlim təşkil edib.

Üç gün davam edən təlim zamanı iştirakçılara müqavilə anlayışı, onun növləri və mahiyyəti, müqavilənin şərtləri, müqavilə bağlanan zaman yarana biləcək risklərin minima endirilməsi yolları, müqavilələrin dəyişdirilməsi və ləğv haqqında məlumat verilib. 

Bakı KOBİM, Sumqayıt KOBİM, Xaçmaz KOBİM, Yevlax KOBİM Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnkişaf Mərkəzləri olub, sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün mütəmadi olaraq, təlim, məsləhət və şəbəkələşmə xidmətləri həyata keçirməkdədir. Daha ətralı məlumatı www.kobim.az saytından əldə edə bilərsiniz.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.