• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Satış texnologiyaları və müştəri xidmətləri mövzusunda təlim keçirilib

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar üçün təlimlərin təşkili prosesi davam etdirilir.

Növbəti belə təlim 09-16 aprel tarixində Bakı KOBİM tərəfindən “Satış texnologiyaları və müştəri xidmətləri” mövzusunda keçirilib. Təlimdə 15 nəfərə yaxın KOB subyekti nümayəndəsi iştirak etmişdir.

Təlimdə iştirakçılara satış və xidmət mədəniyyəti, satışın mərhələləri, ünsiyyət bacarıqları, verbal və qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, manipulyasiya, müştəri növləri, ehtiyacların müəyyən edilməsi, satışda təqdimat bacarıqları və s. barədə məlumatlar verilmişdir. Eyni zamanda, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Təlimçi Anar Həsənov tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.