• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Təlim xəbərləri (09-19.02.21)

9 - 19 fevral 2021-ci il tarixlərində Bakı KOB İnkişafı Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün onlayn və üzbəüz formatda 60-a yaxın KOB subyektinin və yeni biznesə başlamaq istəyənlərin iştirakı ilə 5 təlim keçirilib.

1) "Böhran şəraitində biznesin idarə edilməsi" mövzusunda təlim onlayn formatda 09 - 11 fevral tarixlərində 11 KOB subyektinin iştirakı ilə təşkil olunub.  Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Cavanşir Abdullayev tərəfindən böhran zamanı biznesin idarə edilməsi modelləri, böhranın bizneslərə təsiri, optimallaşdırma və böhrandan çıxma yolları haqqında məlumat verilib.

2) "KOB-larda riskin idarə edilməsi" mövzusunda təlim üzbəüz formatda 15 - 19 fevral tarixlərində keçirilib. 10 KOB subyektinin iştirakı ilə keçirilmiş təlimdə təlimçi-eksperti Elman Sadıqov iştirakçıları risk nədir, onun növləri və idarə olunması mərhələləri, risk yönümlü idarəetmə, risk idarəedilməsində buraxılan səhvlər, sahibkarlıq subyektlərinin iflasına səbəb olan risklər və onlardan yayınma üsulları, risk xəritəsi haqqında məlumatlandırıb, praktiki məşğələlər keçirilib.

3) Fevralın 16-da keçirilmiş “Böhran şəraitində komandanın idarə edilməsi” mövzusunda onlayn təlimdə 14 KOB subyekti iştirak edib. Bakı KOBİM-in təlimçi-eksperti Cavanşir Abdullayev iştirakçılara böhran zamanı komandanın idarə edilməsi yolları, komandanın dağılmasının qarşısını almaq, “ulduz əməkdaşları” qoruyub saxlamaq, ixtisarlar və maaş azalması barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

4) Sadələşmiş vergi hesabatlarına dair onlayn təlimdə təlimçi-eksperti Gündüz Məmmədov vergi ödəyiciləri arasındakı fərqlər, vergi hesabatlarının növləri, hesabatların verilmə müddətləri və üsulları, vergi hesabatlarının gecikməsi zamanı yarana biləcək risklər haqqında KOB subyektlərinə məlumat verib, onların müxtəlif suallarını cavablandırıb. 16 - 18 fevral tarixlərində keçirilmiş təlimdə 14 sahibkarlıq subyekti iştirak edib.

5) "Vaxtın idarə edilməsi" mövzusunda təlim üzbəüz formatda 17 - 18 fevral tarixlərində 9 fərqli KOB subyektininiştirakı ilə təşkil edilib. Bakı KOB İnkişafı Mərkəzinin təlimçi-eksperti Ceyhun Məmmədbəyli tərəfindən aparılan təlimdə iştirakçılar vaxtın idarə edilməsi, bu sahədə müxtəlif alətlər və texnikalar barədə biliklər əldə ediblər.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.