• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

“Təqdimat vərdişləri” mövzusunda təlim keçirilib

Bakı Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlığın inkişaf etdirilməsi sahəsində sahibkarlara təlimlər təşkil olunur.

19 - 22 aprel tarixlərində 10 nəfərin iştirakı ilə Bakı KOBİM tərəfindən “Təqdimat vərdişləri” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə iştirakçılara təqdimatların mahiyyəti, təqdimat məqsədləri və növləri , təqdimatın planlaşdırılmaı və təşkili, dəstəkləyici materiallardan istifadə, “Bədən dili” və şifahi ünsiyyət, məqsədləri müəyyən etmək üçün 3”R” üsulu, auditoriyanın təhlil etmə yolları və s. barədə ətraflı məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Təlimçi ekspert Ceyhun Məmmədbəyli tərəfindən keçirilən təlimi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.