• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Səməd Vurğun, 43

Xəbərlər

Bakı KOB İnkişaf Mərkəzinin açılışı oldu

Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsi olan KOB inkişaf mərkəzlərinin fəaliyyəti bu baxımdan xüsusilə önəmlidir.

Sentyabrın 25-də Bakı şəhərlərində də KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB inkişaf mərkəzlərinin sayı Bakı, Sumqayıt və Xaçmaz olmaqla 3-ə çatıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi üçün KOB inkişaf mərkəzlərində yaradılmış şəraitlə tanış olub, mərkəzlərin idarəedici təşkilatlarının rəhbərləri ilə görüşüb.

KOB inkişaf mərkəzlərində biznesə yeni başlayanlara, mikro, kiçik və orta sahibkarlara biznesyönümlü təlimlər keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcək, KOB-ların şəbəkələşməsinə, beynəlxalq mübadilə proqramlarında iştirakına və maliyyə resurslarına çıxışına dəstək təmin olunacaq. Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhərində fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznes planın hazırlanması, bazar araşdırması, marketinq, satış, maliyyənin idarə edilməsi, biznes sahəsində qanunvericilik və digər mözvularda təlimlər keçirəcək, qeyd olunan sahələrdə təcrübəli və peşəkar ekspertlər tərəfindən məsləhət xidmətləri göstərəcək.

Mərkəzdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçiriləcək.
KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı  KOB inkişaf mərkəzində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən həyata keçirilir.

Bakı şəhərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də biznesə yeni başlamaq istəyənlər Bakı KOB inkişaf mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.

Xəbərlər

“Məktəbim” layihəsinin təlimləri davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.

Xəbərlər

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi ...

.