• 09:00 - 18:00
    09:00 - 18:00

    Bazarertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə

  • https://baki.kobim.az
    Bakı, Azərbaycan

    Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə

Bakı Kobim

Haqqımızda

Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin əsas komponentlərindən biridir. Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. KOBİA-nın əsas məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Məhz yuxarıda sadalanan məqsədlərə çatmaq üçün KOBİA özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəziləri yaratmağa başlamışdır. KOB Inkişaf Mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər. Belə Mərkəzlərdən biri Bakı şəhəri üzrə fəaliyyət göstərən Bakı KOB İnkişaf Mərkəzidir. Mərkəz Bakı şəhərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz biliklərini inkişaf etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.

Məqsədimiz

Bakı KOB İnkişaf Mərkəzinin məqsədi KOB-lara öz ideyalarının reallaşmasına, mövcud bizneslərinin inkişafına, məhsul və xidmətlərinin geniş auditoriyaya təqdim edilməsinə, eləcə də ixracına, maliyyəyə çıxışına, bizneslərinin strateji və əməliyyat idarəetməsinə, korporativləşməsinə məsləhət və şəbəkələşmə xidmətləri vasitəsi ilə dəstək verməkdən ibarətdir.

Missiyamız

Bakı KOB İnkişaf Mərkəzinin missiyası KOB-lara və yeni biznesə başlayanlara praktiki tətbiq olunan, nəticəyönümlü, operativ, rahat və keyfiyyətli xidmətlər göstərməklə, sahibkarların məmnunluğunu təmin etməkdir.

Fəaliyyət

Fəaliyyət İstiqamətləri

Bakı KOB İnkişaf Mərkəzi KOB subyektləri və startapların biznesyönümlü mövzularda məlumatlandırılmasına və onlara təlimlərin keçirilməsinə, fəaliyyət istiqamətlərinə uyğun məsləhət xidmətlərinin təşkilinə, biznes planın hazırlanmasına, marketinq və satış kanallarına çıxış, yerli və xarici investorlarla əlaqələrin qurulmasında dəstək göstərilməsinə xidmət edir. KOB İnkişaf Mərkəzində aşağıdakı fəaliyyət istiqamətləri üzrə KOB-lara xidmətlər təqdim olunur: Təlimlər Məsləhət, mentorluq və dəstək xidmətləri Şəbəkələşmə

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk