Xəbərlər
"Bakı KOB evi"ndə "Biznesdə dizayn düşüncəsi və prototipin hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 14-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Biznesdə dizayn düşüncəsi və prototipin hazırlanması" mövzusunda növbəti təlim keçirilib. 6 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən dizayn düşüncəsi anlayışı, onun formalaşdırılması, biznes üçün əhəmiyyəti, məhsulun ilkin versiyasının hazırlanması, mərhələ və elementləri barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...