Xəbərlər
"Bakı KOB evi"ndə "Biznesin böyüdülməsi üçün data əsaslı qərarların verilməsi" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 17-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Biznesin böyüdülməsi üçün data əsaslı qərarların verilməsi" mövzusunda növbəti təlim keçirilib. 10 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən biznes proseslərində data analitikasının istifadəsi, qərarvermə prosesində onun tətbiqi, nəticələrə əsasən vizualların hazırlanması və modellərin qurulması, data analitika əsaslı biznes strategiyasının qurulması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...