Xəbərlər
"Bakı KOB evi"ndə "Ekoloji çirklənmə və davamlı iqtisadi model" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 14-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Ekoloji çirklənmə və davamlı iqtisadi model" mövzusunda növbəti təlim keçirilib. 9 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən ekoloji problemlər, iqlim dəyişikliyinin xarici təsirləri və bazar səmərəliliyi problemi, həyata keçirilən ekoiqtisadi tənzimləmənin əsas iqtisadi təsirləri, şəhərlərdə davamlı yaşıl iqtisadi transformasiya prosesinin aparılması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...