Xəbərlər
"Bakı KOB evi"ndə "Özəl fondlar və beynəlxalq maliyyə institutlarının sahibkarlara dəstəyi" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 28-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Özəl fondlar və beynəlxalq maliyyə institutlarının sahibkarlara dəstəyi" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən bizneslərə investisiyaların cəlb olunması, özəl və beynəlxalq maliyyə institutları, onların sahibkarlara göstərdiyi maliyyə dəstəyi, şərtlər və qaydalar, müraciət prosesinin mərhələləri barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...