Xəbərlər
"Bakı KOB evi"ndə "Rəhbərlər üçün təchizat zənciri" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 28-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Rəhbərlər üçün təchizat zənciri" mövzusunda növbəti təlim keçirilib. 14 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən təchizat şöbəsinin biznesdə əhəmiyyəti, vəzifə və məqsədləri, təchizat zəncirində satınalma şöbəsinin rolu, ehtiyacın analiz edilməsi və müəyyənləşdirilməsi, təchizat və logistika şöbələri arasındakı əlaqə barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...