Xəbərlər
"Bakı KOB evi"ndə "Rəqəmsal marketinqdə satış alətləri və texnikaları" mövzusunda növbəti təlim keçirilib.
-(1).jpg)
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 31-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Rəqəmsal marketinqdə satış alətləri və texnikaları" mövzusunda növbəti təlim keçirilib. 8 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən sosial şəbəkə platformalarında satışların aparılması, rəqəmsal satış qıfının qurulması, onun əsas tərkib hissələri və mərhələləri, hədəf kütlənin ehtiyaclarının müəyyənləşdirilməsi, marketinq və satış strategiyaların qurulması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...