Xəbərlər
"Bakı KOB evi"ndə "Sahibkar büdcəni necə idarə etsin?" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 19-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Sahibkar büdcəni necə idarə etsin?" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən kapital və onun alternativ dəyəri, hesablamanın aparılması, bazar faizi, qeyri-sabit pul axınları, diskont və kumulativ faktorlar, onların tapılması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...