Xəbərlər
"Bakı KOB evi"ndə "Satış nəticələrinin data analitika ilə ölçülməsi" mövzusunda növbəti təlim keçirilib.
.jpg)
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 16-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Satış nəticələrinin data analitika ilə ölçülməsi" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən satış nəticələrinin təhlili, analiz prosesində data analitikasının tətbiqi, nəticələrin dəyərləndirilməsi və vizuallaşdırılması, modellərin qurulması, alınan nəticələr əsasında satış və marketinq strategiyasının optimallaşdırılması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...