Xəbərlər
"Bakı KOB evi"ndə "Təhlükəsiz Biznes: Rəqəmsal dünyada kibertəhlükəsizliyə giriş" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 15-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Təhlükəsiz Biznes: Rəqəmsal dünyada kibertəhlükəsizliyə giriş" mövzusunda növbəti təlim keçirilib. 14 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən kiber hücumlara qarşı məlumatların qorunması, məlumat təhlükəsizliyinin təmin edilməsi, giriş nəzarətinin gücləndirilməsi, təhlükəsizlik siyasətinin hazırlanması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...