Xəbərlər
"Bakı KOB evi"ndə "Təqdimat və ünsiyyət bacarıqları" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 14-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Təqdimat və ünsiyyət bacarıqları" mövzusunda növbəti təlim keçirilib. 14 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən təqdimat bacarıqlarının şəxsi brendinqə təsiri, düzgün təqdimatın edilməsi, strategiyanın formalaşdırılması, kommunikasiyanın qurulması və gücləndirilməsi, faydalı alət və üsullar barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...