Xəbərlər
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektlərinə göstərilən məsləhət xidmətləri davam edir.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektlərinə göstərilən məsləhət xidmətləri davam edir. 6-17 oktyabr tarixlərində Bakı KOBİM tərəfindən sahibkarlar Arif Rəhimli, Azad Abdullayev, Ayşə Abbasova və Könül Quliyevanın startap layihələri üzrə biznes planların hazırlanması istiqamətində məsləhət xidmətləri göstərilmişdir. Bakı KOBİM-in ekspertləri tərəfindən layihələr üçün biznes planlar hazırlanaraq sahibkarlara təqdim edilmişdir. Zərurət yarandığı halda KOB subyektlərinə əlavə dəstək xidmətləri göstəriləcəkdir. Qeyd edək ki, Bakı KOBİM-in təqdim etdiyi bütün xidmətlər ödənişsizdir. Mərkəzin xidmətlərindən faydalanmaq üçün (+994 55 320-62-21) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...