Xəbərlər
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir.
Sentyabrın 16-da Bakı KOBİM-in təşkilatçılığı ilə “Yumşaq bacarıqlar və komanda idarəetmə bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara effektiv ünsiyyət, komanda daxilində əməkdaşlığın qurulması, liderlik və motivasiya, münaqişələrin idarə olunması, vaxtın düzgün idarə edilməsi, eləcə də komanda üzvləri arasında iş bölgüsünün səmərəli təşkili haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...