Xəbərlər
Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Şəxsi PR-ın idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 21-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Şəxsi PR-ın idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib. 17 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən şəxsi PR-ın əsas prinsipləri, sahibkarlar üçün əhəmiyyəti, ilkin təəssüratın formalaşdırılması, əlaqələrin qurulması, gücləndirilməsi və genişləndirilməsi, strategiyanın qurulması və tətbiqi barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...