Xəbərlər
Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Süni intellektin bizneslərdə tətbiqi" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 5-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Süni intellektin bizneslərdə tətbiqi" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən süni intellektdə giriş, onun əsas tipləri, xüsusiyyət və fərqləri, yaranma prosesi, təkmilləşmə mərhələləri, böyük məlumatlar bazası, biznes prosesində tətbiqi barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...