Xəbərlər
Beynəlxalq qurumlardan maliyyə resurslarına çıxış mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 29-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Beynəlxalq qurumlardan maliyyə resurslarına çıxış" mövzusunda növbəti təlim keçirilib. 16 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara beynəlxalq maliyyə resurslarının iqtisadi inkişafdakı rolu, donor ölkələr və inkişaf agentlikləri vasitəsilə maliyyələşmə, qrantlar, kreditlər və investisiya alətləri, beynəlxalq maliyyə resurslarına çıxış prosedurları haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...