Xəbərlər
Biznes fəaliyyətində qanunvericilik əsasları mövzusunda praktiki təlim keçiriləcək.
Noyabrın 13-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes fəaliyyətində qanunvericilik əsasları" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sərxan Sraclı aşağıdakı mövzulardan danışacaq: - Biznes fəaliyyətinin hüquqi mahiyyəti; - Azərbaycan Respublikasında sahibkarlığın hüquqi tənzimlənməsi; - Biznes fəaliyyətində müqavilələr; - Vergitutma və maliyyə öhdəlikləri. Təlim noyabrın 13-də saat 19:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...