Xəbərlər
"Brendin vizual dili necə qurulur?" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 22-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Brendin vizual dili necə qurulur?" mövzusunda növbəti təlim keçirilib. 9 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən loqo və tipografiyanın rolu, rəng palitrası və brend üslubu, vizual elementlər və ikonqrafiya, brend üslubunun platformalarda tətbiqi haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...