Xəbərlər
Bulud şəbəkələrinin təhlükəsizliyi mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 21-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bulud şəbəkələrinin təhlükəsizliyi" mövzusunda növbəti təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara bulud texnologiyalarının əsas prinsipləri, bulud mühitində təhlükə mənbələri və risklər, informasiya təhlükəsizliyi protokolları və müdafiə üsulları, kiçik bizneslərin bulud mühitində təhlükəsiz fəaliyyət qaydaları haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...