Xəbərlər
"Data analitika biznesin inkişafı üçün niyə önəmlidir?" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 22-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Data analitika biznesin inkişafı üçün niyə önəmlidir?" mövzusunda növbəti təlim keçirilib. 5 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən data analitikanın biznes qərarlarında rolu və əhəmiyyəti, satış, marketinq və müştəri təcrübəsinin yaxşılaşdırılmasında məlumatların istifadəsi, sadə və praktik analitik alətlərdən istifadə üsulları, kiçik və orta bizneslər üçün data əsaslı strategiyaların qurulması haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...