Xəbərlər
"Doğru təchizatçını necə seçək?" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 24-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Doğru təchizatçını necə seçək?" mövzusunda növbəti təlim keçirilib. 6 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən təchizatçı seçimində əsas meyarlar və qiymətləndirmə metodları, təchizatçılarla etibarlı əməkdaşlığın qurulması, risklərin minimuma endirilməsi, KOB-lar üçün uzunmüddətli təchizat strategiyaları haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...