Xəbərlər
Effektiv biznes model yaradılması mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 27-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Effektiv biznes model yaradılması" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sərxan Sraclı aşağıdakı mövzulardan danışacaq: - Biznes model, biznes plan və strategiya fərqləri; - Biznes Model Canvas strukturu; - Dəyər təklifinin formalaşdırılması; - Maliyyə və davamlılıq baxımından modelin qurulması. Təlim oktyabrın 27-də saat 10:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...